"Mançester Yunayted" portuqaliyalı məşqçi Ruben Amorimi baş məşqçi vəzifəsindən kənarlaşdırıb.

Komanda hazırda İngiltərə Premyer Liqasının (EPL) turnir cədvəlində 20 oyundan 31 xalla altıncı yerdədir.
Amorim 2024-cü ilin payızında "Mançester Yunayted"i çalışdırmağa başlayıb. Əvvəlki Premyer Liqa mövsümündə 40 yaşlı portuqaliyalı mütəxəssisin rəhbərliyi altında komanda Premyer Liqada 15-ci yeri tutub. "Qırmızı şeytanlar", həmçinin Avropa Liqasının finalına çıxıb və orada "Tottenhem"ə məğlub olub.
Qarşıdakı oyunlarda müvəqqəti olaraq baş məşqçi vəzifəsini Darren Fletçer icra edəcək.
Məncə: Lenta.ru
Tərcümə etdi: Zeynəb Şahmarova
