Moskva meri Sergey Sobyanin Telegram-da bildirib ki, Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya gedən daha altı Ukrayna dronunu məhv edib. Qısa müddət əvvəl düşmənin daha üç dronu vurulub.

Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemi Moskvaya hücum edən altı dronu məhv edib. Təcili yardım xidmətləri qəza yerində işləyib, deyə açıqlamada bildirilib.
4 yanvar səhəri hava hücumundan müdafiə qüvvələri Rusiya bölgələri üzərində 42 Ukrayna dronu ələ keçirib. Ryazan və Belqorod bölgələri üzərində 12 və 11 PUA(dron) , Voronej bölgəsi üzərində altı, Kursk və Lipetsk bölgələri üzərində isə dörd PUA vurulub. 4 yanvar gecəsi hava hücumundan müdafiə qüvvələri 90 Ukrayna dronu məhv edib: müvafiq olaraq Bryansk və Kursk bölgələri üzərində 37 və 22 PUA, Kaluqa və Moskva bölgələri üzərində isə 11 PUA.
Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn elektrik kəsintisindən 115 yaşayış məntəqəsinin zərər çəkdiyini bildirib. Ukrayna Silahlı Qüvvələri Xomutovka kəndindəki elektrik qurğusuna hücum edib. Bu, 11.000 istehlakçıya təsir edib. Rusiya Müdafiə Nazirliyi bu məlumatla bağlı heç bir şərh verməyib.
Mənbə: News.ru
Tərcümə etdi: Əli Balayev
