Bu gün:

Çindən Venesuela barəsində açıqlanma


Çin ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşını hərbi əməliyyatla ölkədən çıxarmasına kəskin reaksiya verib. Pekin bu hadisəni beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirib. Çin tərəfi vəziyyətdən ciddi narahatlıq keçirdiyini bildirib.

Çin Xarici İşlər Nazirliyi ABŞ-nin hərəkətlərinin beynəlxalq hüququn, beynəlxalq münasibətlərin əsas normalarının və BMT Nizamnaməsinin açıq şəkildə pozulması olduğunu vurğulayıb. Açıqlamada ABŞ-dən Maduro və onun həyat yoldaşının şəxsi təhlükəsizliyini təmin etməsi və onları dərhal azad etməsi tələb olunub. Eyni zamanda Venesuela hökumətinə devirmə cəhdlərinə son qoyularaq problemlərin dialoq və danışıqlar yolu ilə həll edilməsi çağırışı edilib. Hadisədən sonra Venesuela rəhbərliyi beynəlxalq ictimaiyyəti ABŞ-ni qınamağa səsləyib. Bəzi ölkələr hücumu tənqid etsə də, ABŞ-ni dəstəkləyən mövqelər də səsləndirilib. Baş verənlər beynəlxalq aləmdə gərginliyi artıraraq siyasi mübahisələri daha da dərinləşdirib.

Mənbə: TRT Haber            
Tərcümə etdi: Fidan Mənsimova



Paylaş
Şərh əlavə et