Bu gün:

Venesuela prezidenti ABŞ-yə aparılıb


ABŞ Prezidenti Donald Tramp Venesuelada həyata keçirilən genişmiqyaslı hava hücumlarının ardından Amerika qüvvələrinin Venesuela lideri Nikolas Maduronu tutduğunu açıqlayıb.

Tramp sosial media hesabında Maduronun və həyat yoldaşı Silia Floresin ölkədən çıxarıldığını və Nyu-Yorka aparıldıqlarını bildirib.

Venesuela müdafiə naziri Vladimir Padrino isə ordunun ölkənin suverenliyini müdafiə edəcəyini bəyan edib.

Venesuelaya təşkil olunan hava hücumları Tramp administrasiyasının Maduronun hökumətini ABŞ-ni “narkotik qaçaqmalçıları və dəstə üzvləri ilə doldurmaqda” ittiham etməsindən sonra Vaşinqtonun təzyiq mərhələsinin davamı kimi qiymətləndirilir.

Mənbə: BBC

Tərcümə etdi: Ətirə İbayeva


Paylaş
Şərh əlavə et