PSJ zədəli rusiyalı qapıçı Matvey Safonovun sağalma prosesi barədə məlumat verib.

Bu barədə Paris klubunun saytında məlumat verilib. Klub qeyd edib ki, qapıçı sol qolundakı sınıqdan sonra adaptiv məşqlər edir. Onun tam sağalması və meydana qayıtması üçün vaxt müəyyən edilməyib.
"L'Equipe" əvvəllər Safonovun sağalma müddətinin uzadıla biləcəyini bildirib. Nəşrin məlumatına görə, qapıçı əvvəlcə elan edilən üç-dörd həftə əvəzinə altı həftə oynaya bilməz.
Dekabrın 19-da PSJ Safonovun Braziliyanın "Flamengo" komandasına qarşı keçirilən Qitələrarası Kubok finalında sol qolunun sınıdığını açıqlayıb. Qapıçı ardıcıl dörd penalti zərbəsini dəf edib və məhz bu zaman zədə alıb.
Mənbə: Lenta.ru
Tərcümə etdi: Zeynəb Şahmarova
