Bu gün:

Çin ABŞ-nin Venesuelaya hücumunu pisləyib


Çin ABŞ-nin Venesuelaya zərbələrindən, bu ölkənin Prezidentinə qarşı atdığı addımlardan dərindən sarsılıb və bunu qətiyyətlə pisləyir.

24media.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Bəyanatda qeyd edilib ki, ABŞ-nin bu addımı beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

"Biz Amerika tərəfini beynəlxalq hüquqa və BMT Nizamnaməsinin müddəalarına riayət etməyə, eləcə də digər ölkələrin suverenliyinə və təhlükəsizliyinə qarşı təcavüzləri dayandırmağa çağırırıq", - XİN-in bəyanatında bildirilib.

Paylaş
Şərh əlavə et