Bu gün:

Olmo və Pedri derbi öncəsi komandaya qayıdıb


2026-cı ilin ilk oyunu "Espanyol"a qarşı derbi ilə başlayacaq və matç öncəsi Hansi Flikin komandası üçün sevindirici xəbər var: həm Dani Olmo, həm də Pedri tam sağlam vəziyyətdə heyətə qayıdıb.

Olmo "Atlético Madrid" ilə oyunda çiynindən aldığı zədədən sonra ilk dəfə komandaya qoşulacaq. Pedri isə Villarreal ilə qarşılaşmada ehtiyat məqsədilə sol ayağındakı soleus əzələsindəki narahatlıq səbəbindən istirahət edib.

Bu iki əsas futbolçunun qayıdışı "Barça" üçün böyük üstünlükdür. Lakin Gavi, Kristensen və Araujo hələ də komandadan kənarda qalır.

"Espanyol" derbisi üçün açıqlanan heyət belədir: Ter Stegen, Joan Garcia, Szczęsny, Balde, Cubarsí, Gerard Martín, Kounde, Eric, Jofre, Pedri, Fermín, M. Casadó, Olmo, F. De Jong, Bernal, Dro, Tommy, Ferran, Lewandowski, Lamine Yamal, Raphinha, Rashford və Roony.

Mənbə: FC Barcelona 

Tərcümə etdi: Nazim Xeyrxəbərli

Paylaş