Bu gün:

ABŞ Maduroya hücum edib


ABŞ Prezidenti Donald Trump Venesuelada genişmiqyaslı hərbi əməliyyatın nəticəsində ölkə lideri Nikolas Maduro və həyat yoldaşının tutulduğunu açıqlayıb. Hərbi zərbələr paytaxt Caracas və digər bölgələrdə həyata keçirilib.

ABŞ qüvvələri Venesuelada genişmiqyaslı hava zərbələri endirib, hərbi obyektləri hədəfə alıb.

Venesuelanın vitse-prezidenti Delcy Rodríguez Maduronun harada olduğunu bilmədiyini bildirərkən müdafiə naziri Vladimir Padrino isə ölkənin suverenliyini qoruyacaqlarını deyib. ABŞ Maduroya ölkəyə narkotik və qaçqın axını ilə bağlı məsuliyyət yükləyib və onun “narko-terrorçu” kimi təyin olunacağını açıqlayıb.

ABŞ 15,000 hərbçi, təyyarədaşıyan gəmiləri Karib dənizinə hərbi qüvvə göndərib. ABŞ həmçinin Venesuela neft tankerlərini də saxlayıb, amma Venesuela bunu “piratlıq” adlandırıb. Maduro isə ABŞ-ni ölkənin neftinə sahib olmaq istəməkdə ittiham edir.

Maduro 2013-cü ildən prezidentdir və ölkədəki siyasi, iqtisadi böhran davam edir, bununla yanaşı milyonlarla venesuelalı ölkədən qaçıb.

Mənbə: BBC

Tərcümə etdi: Nərmin Məmmədzadə

Paylaş
Şərh əlavə et