Bu gün:

Beşiktaş BOA Melikgazi Kayseri Basketbol üzərində qələbə qazanıb


Beşiktaş BOA qadın basketbol komandası BKT Kadınlar Basketbol Super Liqasının növbəti turunda Melikgazi Kayseri Basketbol komandası ilə qarşılaşıb. Gərgin keçən oyunun final perioduna 68-66 üstünlüklə daxil olan komanda matçdan 84-75 hesablı qələbə ilə ayrılıb.


Qarşılaşmanın ilk periodunu 19-24 geridə tamamlayan Beşiktaş BOA ilk yarını da 41-42 hesabı ilə məğlub durumda bitirib. Ağ-qaralar oyuna bu heyətlə başlayıb: Pelin Derya Bilgiç, Samantha Whitcomb, İdil Saçalır, Brianna Fraser və Maria Fasoula.


Mənbə: Beşiktaş TV

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş
Şərh əlavə et