İtaliyanın "İnter" futbol klubu Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu ilə müqavilənin yenilənməsi üçün danışıqlara başlayıb. Klub Çalhanoğlunu yarımmüdafiədə liderliyinə və sabit çıxışına görə heyətdə saxlamaq istəyir. Müqavilə yenilənməsi danışıqları Çalhanoğlunun futbolçu karyerasının gələcəyini müəyyən edəcək kritik bir addım kimi qiymətləndirilir. Tərəflər arasında aparılan danışıqların nəticəsi səbirsizliklə gözlənilir.
"İnter" Türkiyənin milli ulduzu Hakan Çalhanoğlunun gələcəyi ilə bağlı mühüm addım atıb. İtaliya klubunun təcrübəli yarımmüdafiəçi ilə müqavilənin yenilənməsi ilə bağlı danışıqlara başladığı bildirilir. "Corriere dello Sport"un məlumatına görə, "İnter" rəhbərliyi yeni müqaviləni müzakirə etmək üçün Hakan Çalhanoğlu ilə oturub. Klubun yarımmüdafiədə liderliyi və ardıcıl performansına görə beynəlxalq oyunçunu saxlamaq istədiyi bildirilir.
"İnter"in oyun planında ciddi rol oynayan Hakan Çalhanoğlu komandanın mərkəzindəki təsirinə görə əvəzedilməz futbolçulardan biri kimi qələmə verilir. Müqavilənin yenilənməsi ilə bağlı danışıqların futbolçunun gələcəyinə aydınlıq gətirmək baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Tərəflər arasında aparılan danışıqların nəticəsi maraqla gözlənilsə də, "İnter"in Hakan Çalhanoğlunun müqaviləsini yeni müqavilə ilə uzatmağı hədəflədiyi bildirilir.
Mənbə: Haberler
Tərcümə etdi: Banuçiçək Qurbanova
