Rusiya ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi hücumu kəskin şəkildə pisləyib. Rusiya Xarici İşlər Nazirliyi bu addımı son dərəcə narahatedici kimi qiymətləndirib. Rəsmi açıqlamada baş verənlərin beynəlxalq sabitliyə risk yaratdığı vurğulanıb.

Nazirlik ABŞ-nin silahlı müdaxiləsini bəhanələrlə əsaslandırmağa çalışdığını bildirib. Açıqlamada ideoloji düşmənçiliyin etimada əsaslanan, proqnozlaşdırılan münasibətlərə mane olduğu qeyd edilib. Gərginliyin artmasının qarşısını almaq üçün dialoqun vacibliyi xüsusi olaraq vurğulanıb. Rusiya bütün tərəfləri problemləri dialoq yolu ilə həll etməyə çağırıb və bu prosesə dəstək verməyə hazır olduğunu bildirib. Venesuelanın öz taleyini xarici, xüsusən hərbi müdaxilə olmadan müəyyən etmə hüququnun qorunmasının vacibliyi qeyd olunub. Həmçinin BMT Təhlükəsizlik Şurasının təcili toplanması çağırışına dəstək verildiyi açıqlanıb.
