Bu gün:

"Bornmut" İngiltərə millisinin sabiq qapıçısı ilə müqavilə imzalayıb


İngiltərə millisinin keçmiş qapıçısı Freyzer Forster karyerasını "Bornmut"da davam etdirəcək.


İngiltərə Premyer Liqa klubu ötən yaydan bəri azad agent olan 37 yaşlı qapıçının transferini rəsmi saytında elan edib.

Forsterin "Bornmut"la 2025/26 mövsümünün sonuna qədər altı aylıq müqavilə imzaladığı bildirilir. İngilis futbolçu qış transfer pəncərəsində komandanın ilk transferidir. Forster "Bornmut"da 17 nömrəli formanı geyinəcək.


Mənbə: Чемпионат 

Tərcümə etdi: Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et