Bu gün:

Trampın İran etirazları ilə bağlı xəbərdarlığı "ehtiyatsızlıqdır"


İranın xarici işlər naziri Donald Trampın dinc nümayişçilər öldürüləcəyi təqdirdə ABŞ-nin müdaxilə edəcəyi xəbərdarlığının "ehtiyatsız və təhlükəli" olduğunu bildirib.

Abbas Araqçının şərhləri ABŞ prezidentinin Vaşinqtonun İran iqtisadiyyatı ilə bağlı etirazlarda iştirak edən nümayişçilərin "köməyinə gələcəyini" deməsindən sonra gəlib.

Araqçı İran silahlı qüvvələrinin hazır vəziyyətdə olduğunu və hər hansı bir hücum baş verərsə "hara nişan alacaqlarını dəqiq bildiklərini" qeyd edib.

Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova

Paylaş
Şərh əlavə et