Klubun saytından əldə edilən məlumata əsasən, "Çelsi" baş məşqçi Enzo Mareskanı istefaya göndərib.

Məlumata görə, tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırıblar. Britaniyalı jurnalist Ben Ceykobsun sözlərinə əsasən, Mareska müqavilənin vaxtından əvvəl ləğvi üçün kompensasiyadan imtina edib, çünki hər iki tərəf tez bir zamanda ayrılmaqda maraqlı idi.
45 yaşlı Mareska 2024-cü ilin iyun ayında "Çelsi"yə rəhbərlik etməyə başlayıb və debüt mövsümündə iki beynəlxalq kubok qazanaraq UEFA Konfrans Liqasını və ilk FIFA Klublararası Dünya Kubokunu qazanıb. Hazırkı İngiltərə Premyer Liqası mövsümündə klub 19 oyundan sonra 30 xalla turnir cədvəlində beşinci yerdədir. Bütün yarışlarda keçirdiyi son doqquz oyunda "Çelsi" cəmi iki qələbə qazanıb, dörd heç-heçə edib və üç dəfə məğlub olub.
Mənbə: Lenta.ru və forbes.ru
Tərcümə etdi: Zeynəb Şahmarova
