ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardığını bildirib. 24media.az "Report"-a istinadən bildirir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Truth Social" səhifəsində yazıb.
O əlavə edib ki, görüşə mətbuat nümayəndələri də dəvət olunub.
Bundan əvvəl Zelenski Trampla görüşdən əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığı apardığını bildirib.
Səidə Abasova
