Bu gün:

Nkunku-dan dubl: Milan Verona üzərində 3:0 hesablı qələbə qazanıb


A Seriyasının növbəti turunda “Milan” evdə “Verona”nı 3:0 hesabı ilə məğlub edərək turnir cədvəlində lider “İnter”i geridə qoyaraq müvəqqəti olaraq birinci pilləyə yüksəlib. Qələbədə əsas paylardan biri fransalı hücumçu Kristofer Nkunkuya məxsus olub. O, bu mövsümdə ilk dəfə A Seriyasında qol sevinci yaşadı və cəmi beş dəqiqə ərzində iki dəfə fərqlənərək dubl edib.

Matçın hesabını isə birinci hissəyə əlavə olunmuş dəqiqələrdə Kristian Pulişiç açıb. "Verona" müdafiədə uzun müddət dirəniş göstərsə də, “Milan” ikinci hissədə sürəti artıraraq inamlı qələbə qazanıb. Nkunku üçün bu, son bir ildən artıq müddətdə ilk dubl olub.

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş