Bu gün:

Rusiya Ukraynaya yenidən dron hücumları həyata keçirib


Rusiya ordusu gecə saatlarında Ukraynaya qarşı növbəti genişmiqyaslı dron hücumları həyata keçirib.Hücumlar əsasən paytaxt Kiyev və bir neçə regionu əhatə edib, nəticədə hava hücumu siqnalları səslənib və hava müdafiə sistemləri işə salınıb.

Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, Rusiya onlarla kamikadze dron buraxıb. Onların böyük hissəsi havada məhv edilsə də, bəzi dronların hədəflərə çatdığı qeyd olunur. Hücumlar səbəbindən bir sıra yaşayış məntəqələrində infrastruktur obyektlərinə ziyan dəyib, bəzi ərazilərdə elektrik enerjisində müvəqqəti fasilələr yaranıb.

Hücumlar Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-də prezident Donald Trampla planlaşdırılan görüşü ərəfəsində baş verib. Rəsmi Kiyev bu hücumları Rusiyanın siyasi təzyiq cəhdi kimi qiymətləndirir və Qərb müttəfiqlərini Ukraynaya dəstəyi davam etdirməyə çağırır.

Hazırda xilasetmə və qiymətləndirmə işləri davam edir. Rusiya tərəfi hücumlarla bağlı ətraflı açıqlama verməsə də, Moskva daha əvvəl hərbi əməliyyatları davam etdirmək niyyətində olduğunu bəyan etmişdi. Son hücumlar müharibənin yaxın zamanda səngiməyəcəyinə dair narahatlıqları daha da artırıb.

Mənbə: Abcnews.go.com

Tərcümə etdi: Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et