Fransalı ulduz Kilyan Mbappe 2025-ci ili möhtəşəm göstəricilərlə başa vurur. O, təkcə Cristiano Ronaldonun bir təqvim ili ərzində 59 qol vurmaq rekordunu təkrarlamaqla kifayətlənməyib, həm də 2025/26 mövsümündə LaLiqa və Çempionlar Liqasının ən çox qol vuran oyunçusu olub.
Mbappe LaLiqada keçirilən 18 oyunda 18 qol vurub. Komandanın indiyədək vurduğu 34 qoldan yarısından çoxu onun hesabındadır. O, Oviedo, Levante, Valensiya və Atletik Klubla görüşlərdə dubl etməklə diqqət çəkib. Bu nəticələr onu "Pichichi" mükafatı uğrunda yarışda birinci yerə yüksəldib. Onu izləyənlər arasında Ferran Torresin 11, Muriqinin isə 9 qolu var.
Çempionlar Liqasında isə Mbappe 9 qolla bombardirlər siyahısının zirvəsində qərarlaşıb.
Mənbə: Real Madrid
Tərcümə etdi: Mələk Nəsirli
