Bu gün:

Beşiktaş rəhbərliyindən heyət və maliyyə ilə bağlı yeni qərarlar açıqlanıb


“Beşiktaş” Klubunun rəhbəri Sərdal Adalı klubun heyət və maliyyə siyasətində yeni qərarları açıqlayıb. Onun sözlərinə görə, texniki heyətin hesabatı və idarə heyətinin təsdiqindən sonra Nəcib Uysal və Mərt Günoka yeni mövsümün planlamasında yer almayacaqları bildirilib.Onun sözlərinə görə, hər iki futbolçuya özlərinə yeni klub tapmaları tapşırılıb. Adalı futbolçulara xidmətlərinə görə təşəkkür edib və qərarın camiaya xeyir gətirməsini arzuladığını deyib. 


Adalı klubun sponsorluq siyasətinə də diqqət çəkib. O bildirib ki, müəyyən dövrlərdə sponsorluq sahəsində rəqiblərdən geri qalıblar və gəlirlərin artırılması əsas hədəflərdən biridir. Onun sözlərinə görə, sponsorluq müqavilələrini daha yüksək səviyyəyə qaldıracaq prosesə start verilib və yeni əməkdaşlıqlar üçün danışıqlar davam edir. 


Klub rəhbəri əlavə edib ki, gələcəkdə maliyyə strukturu şəxslərin təşəbbüsündən asılı olmayacaq. Yeni dövrdə fəaliyyət göstərən hər bir idarə heyəti öz dönəmində yaranan büdcə açığına görə məsuliyyət daşıyacaq. Büdcəni aşan heyət fərqi öz vəsaiti ilə qarşılamaqla öhdəlik daşıyacaq. Mövcud rəhbərlik isə bütün maliyyə fərqlərini bağlamağı öhdəsinə götürüb. 


Sərdal Adalı bildirib ki, hazırkı rəhbərlik klubdan heç bir maliyyə açığı qoymadan ayrılmağı qarşısına məqsəd qoyub. O qeyd edib ki, 2026-cı ilin ilk rübündə bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin icrası planlaşdırılır.


Mənbə: TRT Sports

Tərcümə etdi: Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et