Bu gün:

Volodimir Zelenski Donald Trampla müharibənin dayandırılmasını müzakirə edib


Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü ABŞ Prezidenti Donald Trampla Florida ştatında görüşəcəyini bildirib və bu görüşdə Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin dayandırılması məsələsinin müzakirə olunacağını açıqlayıb. 

Zelenski əsas diqqətin ABŞ-nin vasitəçiliyi ilə irəli sürülən sülh planına və Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə yönələcəyini deyib bildirilib.


O, Rusiyanın da eyni addımı atacağı təqdirdə Ukraynanın Donbas bölgəsindəki qoşunlarını geri çəkməyə hazır olduğunu bildirib. Rusiya rəsmiləri isə bu planın Moskvanın ABŞ ilə apardığı danışıqlardan “kəskin şəkildə fərqli” olduğunu vurğulayıb, Kremlin rəsmi mövqeyi hələ açıqlanmayıb.


Bu arada Rusiya Ukraynaya qarşı hava hücumlarını davam etdirib. Kiyevdə baş verən son hava zərbələri nəticəsində azı beş nəfər yaralanıb, ölkənin müxtəlif bölgələrində isə dron və raket təhlükəsi elan edilib. Bildirilib ki, hücumlar zamanı Ukraynanın hava hücumundan müdafiə qüvvələri fəal şəkildə işləyib.


Zelenski 20 maddəlik sülh planının artıq 90 faizinin hazır olduğunu açıqlayıb və sənədin tam şəkildə yekunlaşdırılmasının əsas hədəf olduğunu deyib. ABŞ tərəfi Ukraynanın şərqində demilitarizasiya olunmuş zona yaradılmasını təklif edib və bunun mübahisəli ərazilər məsələsini müvəqqəti kənarda saxlayaraq atəşkəsə nail olmağa imkan verəcəyini bildirib.


Donald Tramp isə açıqlamasında yekun qərarların onun razılığı ilə veriləcəyini söyləyib və həm Zelenski, həm də Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərin müsbət olacağını qeyd edib. Analitiklər planlaşdırılan bu görüşün müharibənin gələcək taleyinə təsir göstərə biləcəyini bildiriblər.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et