Bu gün:

Hakimlə üz-üzə gələn Marcaonun cəzası bəlli olub


"Real Madrid"lə oyunda qırmızı vərəqə aldıqdan sonra əsəbləşən və hakimlə mübahisə edən Marcaonun cəzası müəyyən edilib.

La Liqanın 18-ci həftəsində keçirilən və Real Madridin 2-0 hesablı qələbə qazandığı matçda Marcao 68-ci dəqiqədə ikinci sarı vərəqə alaraq qırmızı vərəqə ilə cəzalandırılıb.Braziliyalı futbolçu hakimin qərarı ilə razılaşmayaraq ona qarşı çıxıb.

Komanda yoldaşları Marsaonu sakitləşdirməli olublar.İspaniya Futbol Federasiyası Marcaoya altı oyunluq cəza verib. Təcrübəli oyunçu hakimə qarşı hərəkətlərinə görə dörd oyunluq cəza alıb, biri ikinci sarı vərəqə, digəri isə soyunub-geyinmə otağına gedərkən topu təpiklədiyinə görə - cəmi altı oyunluq cəza alıb. 

Marcao " Sevilla " komandasının " Levante" ," Selta" ," Elçe" , " Atletik Bilbao" , " Mallorca"  və " Jirona"  ilə oyunlarını buraxacaq.


Mənbə: NTV Spor 

Tərcümə etdi: Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et