Bu gün:

Slot: “Son oyunlarda bir az da şanslıyıq”


Arne Slot “Liverpul”un uğursuz seriyadan sonra toparlanmasında şans amilinin də rol oynadığını deyib. 

Mütəxəssisin sözlərinə görə, əsas fərq komandanın artıq əvvəlki kimi çoxlu qol imkanları verməməsidir. O qeyd edib ki, əvvəlki oyunlarda “Liverpul” oyuna nəzarət etsə də nəticə əldə olunmurdu, son matçlarda isə oyun daha bərabər keçsə də qələbə qazanılıb. Slot vurğulayıb ki, futbolun maraqlı tərəfi hər zaman yaxşı oyunun nəticə ilə üst-üstə düşməməsidir.


“Liverpul” şənbə günü autsayder “Vulverhempton”la qarşılaşacaq. Qələbə halında komanda Premyer Liqada ilk dördlüyə yüksələ bilər və “Çelsi” xal itirsə, mövqeyini qoruyacaq.



Mənbə: BBC

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş
Şərh əlavə et