İspaniya mətbuatının yazdığına görə, "Villarreal" "Fənərbaxça"nın ulduz futbolçusu Marko Asensio üçün transfer planlaşdırır. "Fənərbaxça"nın Asensio üçün 20-25 milyon avroluq transfer haqqı tələb etdiyi bildirilərkən "Villarreal"ın bu məbləği hissə-hissə və ya fərqli ödəmə modeli ilə qarşılamağın yollarını araşdırdığı bildirilir.

"Fənərbaxça"nın mövsümün əvvəlində "Paris Saint-Germain"dən transfer etdiyi Marko Asensio sarı-göylü komandadakı çıxışı ilə diqqət çəkib. Mövsümün ilk yarısında qol vurduğu töhfələrlə əsas oyunçulardan birinə çevrilən vətənindən sürpriz bir transfer məsələsi ortaya çıxıb. İspaniya mətbuatı “Villarreal"ın Asensionu transfer siyahısına əlavə etdiyini yazıb.
İspaniyanın "Fichajes" nəşrində yer alan xəbərə görə, "Villarreal" Marko Asensio ilə müqavilə imzalamaqda maraqlıdır. Xəbərdə "Villarreal"ın yaxşı təkliflə "Fənərbaxça"ya yaxınlaşmağa hazırlaşdığı və transferin yanvardakı transfer pəncərəsində reallaşa biləcəyi qeyd edilib.
Bildirilib ki, Asensio bir neçə mövsümdür ki, “Villarreal"dadır, lakin “Fənərbaxça” ulduz futbolçunu asanlıqla buraxmaq istəmir. Xəbərdə ən diqqət çəkən detal "Fənərbaxça"nın Asensio üçün təyin etdiyi transfer qiyməti olub. Sarı-göylərin ulduz futbolçu üçün 20-25 milyon avro aralığında gəlir əldə etməyi hədəflədiyi iddia edilib.
"Villarreal"ın bu rəqəmi çox yüksək hesab etdiyi, lakin transferi yekunlaşdırmaq üçün taksit ödəmələri və ya fərqli ödəniş planı üzərində çalışdığı iddia edilib. Ulduz futbolçunun ardıcıl oyunu növbəti dəfə həm Avropa klublarının, həm də İspaniya mətbuatının diqqətini çəkib.
Mənbə: Haberler
Tərcümə etdi: Banuçiçək Qurbanova
