24media.az Report-a istinadən xəbər verir ki, Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya 4 oktyabr tarixində Tbilisidə keçirilən zorakı etiraz aksiyasının təşkilində təqsirləndirilərək saxlanılıb. Məlumata görə, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. İş üzrə Axalayın həyat yoldaşı da saxlanılsa da, bu mərhələdə o, sərbəst buraxılıb.

Gürcüstan DTX-nin brifinqində bildirilib ki, hakim qərarı əsasında götürülmüş məlumatların işlənməsi nəticəsində müəyyən edilib ki, Baço Axalaya 4 oktyabr tarixində baş verən cinayət hadisələrini internet vasitəsilə idarə edib və əsas təşkilatçı olub. O, həmçinin mobil tətbiqlər üzərindən bu iş üzrə əvvəllər saxlanılan Burçuladze, Zodelava, Nadiradze, Mancqaladze və Beridze ilə dəfələrlə əlaqə saxlayıb.
Qeyd olunub ki, təqsirləndirilən şəxslər etiraz aksiyasının keçirilməsi planını əvvəlcədən müzakirə ediblər.
Səidə Abasova
