Bu gün:

Super Liqa nəhəngləri "Karşıyaka"nın gənc ulduzunu izləyir


"Karşıyaka"nın 2007-ci il təvəllüdlü gənc ulduzu Adem Yeşilyurtu "Fənərbaxça"dan başqa "Beşiktaş" və "Trabzonspor"un da yaxından izlədiyi məlum olub.

"Karşıyaka"nın gənc ulduzu Adem Yeşilyurt yüksəlişini davam etdirir. TFF 3-cü Liqanın 4-cü Qrupunda yaşıl-qırmızılı komandada çıxış edən 2007-ci il təvəllüdlü cinah oyunçusu göstərdiyi performansla futbolsevərlərin rəğbətini qazanıb. Bəzi oyunçulara mərc qadağası aldıqdan sonra oynamaq şansı verilən 18 yaşlı Adem Yeşilyurt bu fürsətdən maksimum istifadə edib. Başlanğıc 11-də qısa zamanda daimi oyunçuya çevrilən gənc oyunçu hücumda effektiv oyunu sayəsində xüsusilə seçilib. 1 qol və 2 məhsuldar ötürmə ilə performansını taclandıran Adem Super Liqa nəhənglərinin də diqqətini çəkməyi bacarıb.

Gənc istedadı ilk olaraq "Fənərbaxça"nın yaxından izlədiyi və stadiondan canlı olaraq izlətdiyi məlum olduğu bir vaxtda, "Beşiktaş" və "Trabzonsporun" da Adem Yeşilyurdu siyahıya alaraq izləməyə başladığı bildirilib. Mövsümün sonunda çempionluğu hədəfləyən "Karşıyaka"nın mövsüm ortası transfer pəncərəsində gənc oyunçunu satmaq fikrində olmadığı, lakin yüksək transfer təklifi alınarsa, vəziyyəti nəzərdən keçirə biləcəyi bildirilir.

Digər tərəfdən, Adem Yeşilyurtun U19 Milli Komandasının baş məşqçisi Uğur İnceman tərəfindən yaxından izləndiyi öyrənilib. İncemanın gənc futbolçunu yanvarın əvvəlində millinin düşərgəsinə dəvət etməsi ehtimalı yüksəkdir.

Mənbə: Hürriyet

Tərcümə etdi: Banuçiçək Qurbanova 



Paylaş
Şərh əlavə et