İşğalçı İsrail ordusu Livanın cənubunda növbəti pilotsuz uçuş aparatı hücumu həyata keçirib. Hücum Sur şəhərinə bağlı Cenata qəsəbəsində qeydə alınıb. Hadisə bölgədə gərginliyin davam etdiyini bir daha göstərib.
Livanın rəsmi NNA agentliyinin məlumatına görə, gecə saatlarında İsrailə məxsus İHA bir avtomobili hədəfə alıb. Hücum nəticəsində bir nəfər yaralanıb. İsrail 2024-cü ilin noyabrında əldə olunan atəşkəs razılaşmasına baxmayaraq bu hücumu həyata keçirib. Məlumata görə, İsrail atəşkəsdən sonra da Livanın cənub bölgələrinə hücumlarını davam etdirib. Rəsmi məlumatlara əsasən, 27 noyabr 2024-cü ildən 20 noyabr 2025-ci ilədək olan dövrdə bu hücumlar nəticəsində yüzlərlə insan ölüb və yaralanıb. İsrailin işğal etdiyi ərazilərdə qalması bölgədə təhlükəsizlik risklərini artırmaqda davam edib.
Tərcümə etdi: Fidan Mənsimova

