Bu gün:

Zelenski yenilənmiş sülh planının detallarını açıqlayıb


Ukrayna Prezidenti Volodimir Zelenski Moskvanın tələbi ilə Ukrayna ordusunun ölkənin şərq bölgələrindən çıxarılmasını nəzərdə tutan yenilənmiş sülh planının detalları barədə məlumat verib.

Zelenski iki saat davam edən mətbuat konfransında həftəsonu ABŞ-nin Florida ştatında keçirilən görüşlər zamanı amerikalı və ukraynalı danışıqlarçılar arasında razılaşdırılmış 20 maddəlik sülh planının təfərrüatlarını açıqlayıb.

Ukrayna lideri amerikalı tərəfdaşlarla aparılan danışıqlardan sonra Rusiyanın sözügedən plana cavab verəcəyini bildirib.

Zelenskiy sənədi “müharibəyə son qoymaq üçün əsas çərçivə” kimi xarakterizə edib.

Plan çərçivəsində ABŞ, NATO və Avropa tərəfindən təhlükəsizlik zəmanətlərinin nəzərdə tutulduğunu qeyd edən Zelenski Rusiyanın Ukraynanı yenidən işğal etməsi halında koordinasiyalı cavab mexanizminin mövcud olacağını vurğulayıb.

Əsas müzakirə mövzularından biri olan Donbas bölgəsi ilə bağlı isə Zelenski burada “azad iqtisadi zona” yaradılmasının mümkün variantlardan biri olduğunu bildirib.

Qeyd edək ki, son sülh planı ilkin olaraq təqdim edilmiş 28 maddəlik sənəd üzərində aparılan yeniləmələr əsasında hazırlanıb.

Mənbə: BBC News

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et