24media.az Report-a istinadən xəbər verir ki, hazırkı mərhələdə Azərbaycanın Qəzza zolağında mümkün beynəlxalq sabitləşdirmə missiyasında iştirakı ilə bağlı konkret qərar yoxdur və bu barədə danışmaq tezdir. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Yaponiyanın “Nikkei” nəşrinə müsahibəsində bildirib.

H.Hacıyev vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsində Qəzzada nəzərdə tutulan missiyanın mandatı, döyüş əməliyyatlarının aparılması qaydaları, fəaliyyət proseduru və səlahiyyətləri ilə bağlı kifayət qədər aydınlıq yoxdur. Bu isə mövcud mexanizmlərin dəqiqləşdirilməsini zəruri edir.
Səidə Abasova
