Bu gün:

Bakıda şagirdlərin elektron yerdəyişməsi tətbiq olunub


Bu il Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində minlərlə şagirdin məktəbdə yerdəyişməsi həyata keçirilib. Proses elektron sistem üzərindən aparılıb və valideynlər üçün daha rahat mexanizm yaradılıb.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə ümumilikdə 47 min 378 şagirdin elektron sistem vasitəsilə bir məktəbdən digərinə yerdəyişməsi aparılıb.

Məlumata görə, elektron sistem yerdəyişmə prosesinin şəffaf, operativ və subyektiv amillərdən uzaq şəkildə həyata keçirilməsinə imkan verir, eyni zamanda əlavə vaxt itkisini aradan qaldırır.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et