Prezident İlham Əliyev 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunacağını açıqlayıb. Bu barədə dövlət başçısı sosial media hesablarında paylaşım edib və ölkədə şəhərsalma və memarlığın inkişafına xüsusi diqqət veriləcəyini vurğulayıb.

24media.az xəbər verir ki, prezidentin paylaşımında bu təşəbbüs çərçivəsində şəhər mühitinin müasirləşdirilməsi və memarlıq irsinin qorunması istiqamətində müxtəlif layihələr həyata keçiriləcəyi qeyd olunur.
Qeyd edək ki, 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunmuşdu və bu çərçivədə ölkədə dövlətçilik, qanunçuluq və müstəqillik mövzularında müxtəlif tədbirlər həyata keçirilmişdi. Bu il həmçinin vətəndaş hüquqları və qanunvericilik sahəsində layihələrin təşviqi ilə yadda qaldı.
Arzu Qafarova
