Bu gün:

Zelenski: Ukrayna, Aİ və ABŞ sülh yolu ilə tənzimlənmə üzrə əsas sənəd hazırlayıblar


Ukrayna Avropa İttifaqı və ABŞ ilə birlikdə sülhün təmin olunması üçün zəruri olan əsas sənədlər paketini hazırlayıb. 24media.az Report-a istinadən RBK-Ukrayna xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski diplomatlarla görüşü zamanı bəyan edib.


Zelenski bildirib ki, hazırda danışıqlar qrupu Mayamidən qayıdır və yaxın vaxtlarda sənədlərin detalları açıqlanacaq. Onun sözlərinə görə, plan 20 bənddən ibarətdir və ideal olmasa da, ilkin mərhələdə mümkün olan bütün işlər görülüb.

Prezident qeyd edib ki, Ukrayna, Avropa və ABŞ arasında təhlükəsizlik zəmanətlərinə dair çərçivə sənədi, həmçinin ABŞ ilə Ukrayna arasında təhlükəsizlik zəmanətlərini əhatə edən ayrıca ikitərəfli sənəd hazırlanıb. Bu sənədə əlavələrin ABŞ Konqresində qapalı müzakirə olunması nəzərdə tutulur.

Bundan əlavə, Ukraynanın bərpası və iqtisadi strategiyası ilə bağlı müqavilənin ilkin layihəsi də hazırlanıb. Zelenski vurğulayıb ki, sənədlərdə tərəflər üçün mübahisəli məqamlar mövcuddur və onların üzərində əlavə iş aparılmalıdır.

Səidə Abasova

Paylaş
Şərh əlavə et