Bu gün:

Azərbaycan Basketbol Liqasında XI tura 2 oyunla start verilib


Azərbaycan Basketbol Liqasının XI turu başlayıb. 24media.az Report-a istinadən xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.


B qrupunda keçirilən matçlarda Bakı İdman Sarayında “Naxçıvan”la üz-üzə gələn “Ordu” 86:64 hesabı ilə qalib gəlib. Digər görüşdə isə “Sumqayıt” komandası Sumqayıt Olimpiya İdman Kompleksində “Lənkəran”ı 99:95 hesabı ilə məğlub edib.

Qeyd edək ki, XI turun daha iki oyunu sabah keçiriləcək. NTD – “Gəncə” və “Sabah” – “Neftçi” matçları isə təxirə salınıb.

Səidə Abasova

Paylaş
Şərh əlavə et