Bu gün:

Dünya bazarlarında neft qiymətləri yüksəlib


Dünya enerji bazarlarında neft bahalaşmaqda davam edir.

24Media.az xəbər verir ki, Londonda yerləşən “ICE” qitələrarası birjasında keçirilən son ticarət sessiyası zamanı “Brent” markalı neftin 2026-cı ilin fevral ayı üzrə fyuçers müqaviləsinin qiyməti 0,88 faiz artaraq bir barel üçün 61 ABŞ dollarına çatıb.

Eyni zamanda, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin fevral ayı üçün nəzərdə tutulan “WTI” markalı neftin qiyməti də analoji artım nümayiş etdirib. Belə ki, ticarət əməliyyatları zamanı bir barel “WTI” nefti 0,88 faiz bahalaşaraq 57,02 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Ekspertlər qiymətlərdəki artımı qlobal bazarlarda tələbin mərhələli bərpası, eləcə də iri neft istehsalçılarının hasilatla bağlı ehtiyatlı mövqeyi ilə əlaqələndirirlər. Analitiklərin fikrincə, yaxın aylarda geosiyasi risklər və OPEC+ ölkələrinin qərarları neft bazarında qiymət dinamikasına təsir edən əsas amillər olaraq qalacaq.


Sona Osmanova

Paylaş
Şərh əlavə et