Bu gün:

Tanınmış aktyor və şair Nikolay Denisov dünyasını dəyişib


Sovet və Rusiya teatr-kino sənətinin tanınmış simalarından biri olan aktyor Nikolay Denisov 80 yaşında vəfat edib. O, xüsusilə “Sınıq işıqlar küçələri” teleserialındakı rolu ilə geniş tamaşaçı auditoriyası tərəfindən tanınıb.


24Media.az xəbər verir ki, “kino-teatr.ru” portalının məlumatına əsasən, Nikolay Denisov dekabrın 19-da dünyasını dəyişib. Aktyorun ölüm səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Nikolay Denisov uzun illər teatr səhnəsində və kinoda fəaliyyət göstərib, müxtəlif janrlarda obrazlar yaradaraq rusdilli mədəniyyət məkanında tanınıb. O, daha çox xarakter rolları ilə seçilib və televiziya seriallarında mütəmadi olaraq yer alıb.

Aktyorluq fəaliyyəti ilə yanaşı, Denisov şair və mahnı sözləri müəllifi kimi də böyük nüfuz qazanıb. Onun qələmə aldığı “Mən canlıyam”, “Kabare”, “Çeri” və digər mahnılar Valeri Leontyevin repertuarında xüsusi yer tutub.

Bundan əlavə, Nikolay Denisovun sözlərinin müəllifi olduğu mahnıları Lyudmila Qurçenko, Nikolay Karaçentsov, Sofiya Rotaru, Edita Piexa, Nadejda Babkina, Larisa Dolina, Mixail Boyarski, Filipp Kirkorov, Pavel Smeyan, Lyudmila Sençina, Mixail Şufutinski, Dmitri Pevtsov, Nikolay Baskov, Maksim Averin və digər tanınmış sənətçilər ifa ediblər.


Sona Osmanova

Paylaş
Şərh əlavə et