Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi–Hava Limanı avtomobil yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.

24media.az Report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, NİİM əməkdaşları tərəfindən məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib, həmçinin bütün tablolarda “sürüşkən yol” xəbərdarlıq işarəsi yerləşdirilib.
Səidə Abasova
