ABŞ Daxili Təhlükəsizlik Departamentinin məlumatına görə, ABŞ yaxın vaxtlarda Venesueladan yola çıxmış bir neft tankerini ələ keçirib.
Bu, cari ay ərzində ölkə sahilləri yaxınlığında neft daşıyan bir gəminin ikinci dəfə ələ keçirilməsidir.
Bu addım Prezident Donald Trampın çərşənbə axşamı Venesuelaya daxil olan və oradan çıxan sanksiya altındakı neft tankerlərinə qarşı “blokada” tətbiq edilməsi göstərişi verdiyini deməsindən sonra atılıb.
Venesuela ABŞ-nin son addımını “oğurluq və adam qaçırma” kimi qiymətləndirib. Ölkə daha əvvəl Tramp administrasiyasını öz resurslarını oğurlamağa cəhd etməkdə ittiham edib.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
