Bu gün:

Vergi orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib


24media.az Report-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə 2025-ci il dekabrın 21-də vergi orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən bildirilib ki, imtahan prosesinin idarə olunması məqsədilə operativ qərargah yaradılıb və imtahanın gedişi daim nəzarətdə saxlanılıb. İmtahanların təşkilinə ümumilikdə 10 ümumi imtahan rəhbəri, 28 imtahan rəhbəri, 221 nəzarətçi və 30 buraxılış rejimi əməkdaşı cəlb olunub.

Qeyd olunub ki, dekabrın 22-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin isə yaxın 2–3 gün ərzində elan ediləcəyi gözlənilir.


Amina Paşazadə

Paylaş
Şərh əlavə et