Yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə Azərbaycan birinciliyinə start verilib.
24media.az bildirir ki, Azərbaycan Texniki Universitetinin İdman Sarayında yerləşən qılıncoynatma zallarında təşkil olunan yarışın ilk günündə yeniyetmə qız və oğlanlar arasında sablya və şpaqa növləri üzrə qaliblər bəlli olub.
Sablya növü üzrə
Oğlanlar arasında:
- Abbas Hüseynov
- Nəcəf Şabanlı
- İmran Qarayev, Səid Sultanlı
Qızlar arasında:
- Ayan Ağasıyeva
- İrina Lobas
- Züleyxa Sultanlı, Cahan Sadıxova
Şpaqa növü üzrə
Oğlanlar arasında:
- Mirxətai Məmmədov
- Oruc Misirzadə
- Abbas Səmədli, Osman Məmmədov
Qızlar arasında:
- Mirnuray Abasova
- Jasmin Əliyeva
- Esnad Mirzəyeva, Aydan Atakişiyev
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə fərqlənən idmançılar diplom və medallarla mükafatlandırılıblar.
Fatimə Hüseynova
