Avstraliyanın Sidney şəhərində yerləşən Bondi Beach ərazisində baş vermiş terror hücumunun bir həftəsi tamam olub. Bu münasibətlə 21 dekabr 2025-ci il tarixində ölkənin müxtəlif bölgələrində anım tədbirləri keçirilib.

Əsas mərasim Bondi Beach sahilində təşkil olunub və tədbir zamanı hücum nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım mərasimində dövlət rəsmiləri, ictimai xadimlər və yerli sakinlər iştirak ediblər. Çıxışlar zamanı cəmiyyətdə həmrəyliyin qorunmasının, zorakılığa qarşı birgə mübarizənin və ictimai təhlükəsizliyin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Rəsmi qurumlar tədbirlər zamanı təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və ictimai asayişin tam təmin olunduğunu bildiriblər.
Mənbə: The Guardian
Tərcümə etdi: Zəhra Məlikova
