Bu gün:

Aktyor Nikolay Denisov vəfat edib


Sovet və Rusiya teatr və kino aktyoru Nikolay Denisov 80 yaşında vəfat edib.

24media.az APA-ya istinadən xəbər verir ki, məlumat “kino-teatr.ru” portalında yayımlanıb. Bildirilib ki, “Sınıq fənərlər küçəsi” teleserialındakı rolu ilə tanınan aktyor dekabrın 19-da həyatını itirib.

Qeyd edək ki, Nikolay Denisov təkcə aktyor kimi deyil, həm də şair və mahnı müəllifi kimi tanınıb. Onun sözlərini yazdığı mahnılar Valeri Leontyev, Lyudmila Qurçenko, Sofiya Rotaru, Filipp Kirkorov, Nikolay Baskov və digər məşhur ifaçılar tərəfindən səsləndirilib.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et