Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən ticarət obyektində yanğın baş verməsi ilə bağlı çağırış daxil olub.
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, məlumat əsasında dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri göndərilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətrafa yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə nəzarət altına alınaraq söndürülüb.
Hadisə zamanı ümumi sahəsi 942 kvadratmetr olan, tütün məmulatları və qarışıq malların satıldığı obyektin təxminən 400 kvadratmetrlik hissəsi yanıb. Obyektin digər bölmələri, eləcə də yaxınlıqdakı yaşayış evləri mühafizə olunub.
Arzu Qafarova
