Son vaxtlarda istifadəyə verilən "Twitter"-ə bənzər bir tətbiq olan "Threads" gündəmdən çıxarılmır. Facebook, İnstagram və s. kimi tətbiqlərin sahibi Mark Zuckerberg tərəfindən yaradılan tətbiq barədə ən çox verilən sual,-"Threads" hesabını sildikdə "Instagram" hesabı silinirmi?",- olur.

Yeni sosial media tətbiqi "Threads" günün ən populyar maraq siyahısına başçılıq edir. Bu mövzuda ən çox "Threads"-i necə silmək və "Threads"-i sildikdə İnstagramın silinib-silinməməsi ilə bağlı sualların cavabları araşdırılır.

Threads hesabını necə silmək və ya bağlamaq olur?
"Threads" tətbiqi, İnstagram istifadəçilərinin tətbiq mağazasından yükləyərək istifadə edə biləcəyi sosial media vasitələrindən biridir. Həm Apple Store, həm də Google Play-də yüklənə və istifadə edilə bilər. İstifadəni dayandırmaq üçün hesabı silmək kifayətdir. Tətbiqin özündə hesablarınızı bağlamaq üçün "hesabın silinməsi" bölməsi yoxdur.

Threads hesabını necə silə bilərəm?
"Threads" tətbiqindən istifadə etmək istəməyən istifadəçilər silmək və ya bağlamaq üçün iki fərqli yol seçə bilərlər. İnstagram hesabınızı istifadə etməyə davam etmək istəyirsinizsə, "Threads" tətbiqini cihazınızdan silməlisiniz.
"Hesabın silinməsi" prosesinin özündə yeri yoxdur. Bununla birlikdə, bu tətbiqi həyatınızdan tamamilə kənarlaşdırmaq istəyirsinizsə, "Threads" hesabınızı blok edə bilərsiniz. Digər tərəfdən, "İnstagram" hesabınızı dondurduğunuzda digər əlaqəli işləyən tətbiq də bağlanacaq.

Threads hesabı sil ekranı
İOS istifadəçiləri üçün hesabı birbaşa "Parametrlər" altındakı "Hesabı sil" bölməsindən silmək mümkündür. Digər istifadəçilər hesabı silmək üçün linki izləməlidirlər. Sonra "istifadəçi adı" və "şifrə"məlumatlarını daxil etməlisiniz. Hesabı niyə silmək istədiyinizi soruşacaq. Prosesi başa çatdırmaq üçün "hesabı sil" düyməsini basmalısınız. Silindikdən sonra yenidən İnstagram giriş ekranına aparılacaqsınız.
Mənbə: Habertürk
Tərcümə etdi: Əli Mehdili
