Bu gün:

Mayamidə Qəzza zirvəsi


Dünən Mayamidə ABŞ prezidenti Donald Trampın Qəzza planı ilə bağlı kritik görüş keçirilib.



Oktyabr ayında əldə edilmiş razılaşmanın növbəti mərhələsinin müzakirəsi üçün keçirilən mini-zirvə toplantısında Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Türkiyənin xarici işlər naziri Hakan Fidan, eləcə də Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani və Misirin xarici işlər naziri Bədr Əbdüləzizlə görüşüb. Görüş atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, yerlərdə pozuntuların davam etdiyi bir vaxtda baş tutub. Bildirilib ki, Vaşinqton və vasitəçi ölkələr həm İsrailin, həm də HƏMAS-ın razılaşmanın hazırkı vəziyyətini saxlamağa üstünlük verdiyini və irəliləyiş əldə etmək istəmədiyini qiymətləndirib.

Mayamidə keçirilən sammitdən əvvəl çıxış edən Həmas siyasi bürosunun üzvü Basim Naim deyib ki, danışıqlar İsrailin atəşkəs rejiminin pozulmasına son qoyması ilə nəticələnməlidir. Həmas rəsmisi bildirib ki, fələstinlilər vasitəçilərdən İsrailin təcavüzünə son qoymasını, bütün pozuntuları dayandırmasını və İsraili Şarm əl-Şeyx razılaşmasının şərtlərinə əməl etməyə məcbur etməsini gözləyir.


Mənbə: Hürriyet

Tərcümə etdi: Banuçiçək Qurbanova


Paylaş
Şərh əlavə et