Bu gün:

Rusiyanın Xalq artisti Anatoli Lobotski dünyasını dəyişib


Rusiyanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Anatoli Lobotski 67 yaşında vəfat edib.

24Media.az xəbər verir ki, bu barədə TASS-a mərhumun ailə üzvləri məlumat veriblər. Bildirilib ki, aktyor uzun müddət davam edən xəstəlikdən sonra dünyasını dəyişib.

Anatoli Lobotski Rusiya kinosunda və televiziya seriallarında canlandırdığı obrazlarla geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb. O, xüsusilə “Gənclik”, “Tanrılara paxıllıq”, “Kalaşnikov” kimi filmlərdəki rolları ilə yadda qalıb.

Qeyd edək ki, Lobotski uzun illər ərzində həm səhnədə, həm də ekran işlərində fəal iştirak edib və yaradıcılığına görə Rusiyanın ali fəxri adlarından biri olan “Xalq artisti” adına layiq görülüb. Onun vəfatı Rusiya mədəniyyət ictimaiyyətində itki kimi dəyərləndirilir.


Amina Paşazadə 

Paylaş
Şərh əlavə et