Vaşinqton ABŞ-ın keçmiş prezidenti Co Baydenin dövründə qoşunların piyada əleyhinə minalardan istifadə etməsinə qoyduğu qadağanı ləğv edib.

24Media.az xəbər verir ki, The Washington Post qəzeti ABŞ müdafiə naziri Pit Heqsetin imzaladığı sənədə istinadla məlumat yayıb.
Bəyanatda bildirilir: “Tramp administrasiyası Koreya yarımadası istisna olmaqla, Bayden dövründə qüvvədə olan piyada əleyhinə minalar qadağasını ləğv edib”.
Sənəddə vurğulanır ki, məhdudiyyətlərin götürülməsi ABŞ ordusunun döyüş qabiliyyətini “tarixin ən təhlükəli təhlükəsizlik şəraitlərindən biri” fonunda artıracaq. Müdafiə naziri 90 gün ərzində yeni mina siyasətinin tətbiqinə başlanmasını tələb edib.
Qeyd edək ki, 2021-ci ildə Co Bayden administrasiyası piyada əleyhinə minaların istifadəsinə qadağa qoymuşdu. Bu addım ABŞ-ın beynəlxalq humanitar normalara uyğun olaraq mülki itkilərin qarşısını almaq və mina yayılmasını məhdudlaşdırmaq məqsədinə xidmət edirdi.
Sona Osmanova
