Bu gün:

Azərbaycan və Monteneqro arasında Anlaşma Memorandumu imzalanıb


Azərbaycan Xarici İşlər Nazirliyi və Monteneqro Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumunun imzalanma mərasimi təşkil olunub.

24media.az xəbər verir ki, sənəd konsulluq sahəsində ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini və vətəndaşlara göstərilən xidmətlərin daha da təkmilləşdirilməsini hədəfləyir.

Fatimə Hüseynova 

Paylaş
Şərh əlavə et