Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Azərbaycan Prezidentinin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayevlə görüş keçirib.

24media.az xəbər verir ki, İstanbulda baş tutan görüşdə Muxtar Babayev və onun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Tərəflər görüş zamanı iqlim dəyişikliyi ilə mübarizə, bu sahədə beynəlxalq əməkdaşlıq və qarşıdan gələn COP prosesləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Nazir Murat Kurum görüşlə bağlı sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, COP29-un Prezidenti və Azərbaycan Respublikasının Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev və nümayəndə heyəti ilə İstanbulda görüşüb. Onun sözlərinə görə, COP31-ə sədrlik və ev sahibliyi edəcəkləri dövr ərəfəsində mühüm məsləhətləşmələr aparılıb. Nazir nəzakətli səfərə və məhsuldar görüşə görə Azərbaycan nümayəndə heyətinə təşəkkür edib.
Qeyd edilib ki, görüş iqlim sahəsində Türkiyə və Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmli olub və Türkiyə mediasında geniş işıqlandırılıb.
Fatimə Hüseynova
