Daxili İşlər Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birgə təşəbbüsü əsasında Ağdaş, Ağsu, Göyçay və Ucar rayonlarında yerləşən orta məktəblərin IX–XI sinif şagirdləri üçün maarifləndirici görüşlər təşkil olunub.
Görüşlər zamanı iştirakçılara DİN-in Polis Akademiyasında və Daxili Qoşunların Hərbi İnstitutunda mövcud olan təhsil imkanları, tədrisin təşkili, eləcə də daxili işlər orqanlarında xidmətin üstün cəhətləri barədə ətraflı məlumat verilib.

24media.az bildirir ki, tədbirlər çərçivəsində şagirdlərə təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdirilib, həmçinin məlumatlandırıcı bukletlər paylanılıb.

Fatimə Hüseynova
