Bu gün:

Epşteyn fayllarında kimlər və nələr var?


ABŞ Ədliyyə Nazirliyi Ceffri Epşteynlə bağlı sənədlərin ilk hissəsini yayımlayıb. Sənədlərdə fotoşəkillər, videolar və istintaq materialları var, lakin hamısı hələ açıqlanmayıb.İlk fayllarda Bill Klinton, Andrey Mountbatten-Vindzor, Mik Ceker və Maykl Cekson kimi tanınmış şəxslərin adları keçir. Adının çəkilməsi və ya şəkillərdə görünmək hər hansı günahın sübutu deyil və bir çoxu ittihamları inkar edir.

Yüz minlərlə səhifə hələ də açıqlanmayıb, bir çox sənəd isə qurbanların qorunması və davam edən istintaqlara görə qaraldılıb. Əlavə sənədlərin yaxın həftələrdə yayımlanacağı bildirilir, lakin gecikmə Konqresdə narazılıq yaradıb.

Yayımlanan şəkillər arasında Bill Klintonun hovuzda və cakuziyə bənzər yerdə çəkilmiş köhnə fotoları da var. Klinton Epşteynin cinayətlərindən xəbəri olmadığını bildirib.


Mənbə: BBC 

Tərcümə etdi: Nuray Ədilzadə 

Paylaş
Şərh əlavə et