Bu gün:

Putinin Avropada müharibə ilə bağlı yeni açıqlama verib


BBC-nin Rusiya üzrə redaktoru Stiv Rozenberqin Vladimir Putinə ünvanladığı sual Rusiyanın gələcəyi və Avropada müharibə ehtimalı ilə bağlı olub. Jurnalist canlı yayımda Putindən yeni hərbi əməliyyatların olub-olmayacağını soruşub.

Putin cavabında Rusiyada tətbiq olunan “xarici agentlər” qanununu müdafiə edib və bu qanunun Qərb ölkələrində də mövcud olduğunu iddia edib. O, Rusiyanın Qərb tərəfindən aldadıldığını və təhlükəsizlik maraqlarının nəzərə alınmadığını bildirib.


Rusiya lideri Avropaya hücum niyyətinin olmadığını deyərək, NATO-nun şərqə doğru genişlənməsini əsas problem kimi göstərib. Onun sözlərinə görə, Rusiyaya hörmət edildiyi təqdirdə yeni “xüsusi hərbi əməliyyatlar” olmayıb.


Putin çıxışının sonunda Rusiyanın təhlükəsizliyi təmin olunarsa, döyüş əməliyyatlarını dayandırmağa və əməkdaşlığa hazır olduqlarını deyib. Lakin Moskvanın Ukrayna ilə bağlı sərt mövqeyi Avropa liderlərinin bu açıqlamalara şübhə ilə yanaşmasına səbəb olub.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et